Məşhur kriminal avtoritetin nəvəsi restorana silahlı basqın etdi

Day.Az прeдстaвляeт новость на азербайджанском языке:

Türkiyənin keçmiş məşhur kriminal avtoriteti Dündar Kılıçın nəvəsi Onur Özbizerdik gecə saatlarında İstanbuln Beşiktaş səmtində bir restorana gələrək müştərilərə silah çəkib.

Musavat.com-un məlumatına görə, restorana gələn Onur Özbizerdiklə bir qrup arasında yer üstündə dava düşüb. Dava çox uzanmayıb. İddiaya görə, Onur Özbizerdik silahını çıxararaq qrupa atəş açıb.
  Güllə heç kimə dəyməyib. Daha sonra qrupdan bir nəfər cəld hərəkət edərək silahı gəncin əlindən alıb. Araya restoran işçiləri girdikdən sonra dava səngiyib. Onur Özbizerdik tapançasını alaraq restorandan uzaqlaşıb.
  Qeyd edək ki, Onur Özbizerdik bir zamanların məşhur kriminal avtoriteti Dündar Kılıçın nəvəsidir. Onur Özbizerdikin adı tez-tez kriminal hadisələrdə hallanır.